Şamaxı və Ağsu rayonlarının sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar noyabrın 26-da yerli vaxtla saat 20:24-də qeydə alınıb.
Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.