Dünyanın ən böyük kriptovalyutaları olan Bitcoin və Ethereumun qiymətində artım qeydə alınıb.
“Binance” platformasının məlumatına görə, Bitcoin 3,04 faiz bahalaşaraq 60,484 min dollara, Ethereum isə 3,44 faiz artaraq 1,690 min dollara yüksəlib.
“CoinMarketCap”ın məlumatına əsasən, noyabrın 26-da qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,07 trilyon dollar təşkil edib. Bunun 58,8 faizi Bitcoinin, 10 faizi isə Ethereumun payına düşüb.
“Coinglass” platformasının məlumatına görə, son 24 saat ərzində 81 mindən çox treyderin ümumilikdə 342,81 milyon dollar dəyərində mövqeyi ləğv edilib.