Tovuzda avtomobil iki qadını vurdu

Tovuz rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-ya istinadən, hadisə rayonun mərkəzi bazarının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki qadını vurub.

Hər iki piyada xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.