SON dəqiqə: Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 20:24-də qeydə alınıb, ocağı 18 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunub.