“Kəlağayı özlüyündə ayrıca bir sənət əsəridir. Onun hər iki üzü eyni görünüşə malik olmalı, naxış və rənglər hər iki tərəfdən eyni şəkildə əks olunmalıdır. Bu da sənətin nə qədər böyük ustalıq və zəhmət tələb etdiyini göstərir”.
Bunu “Azərbaycan Kəlağayısı Günü”nə həsr olunmuş “İPƏK İRSİMİZ - KƏLAĞAYI” adlı maarifləndirici və mədəni tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva bildirib.
O qeyd edib ki, kəlağayının yalnız estetik deyil, həm də praktik xüsusiyyətləri var:
“Təbii ipəkdən hazırlandığı üçün yayda insanı istidən, qışda soyuqdan qoruyur. Bundan başqa təzyiq, duzlaşma və digər baş-boyun xəstəliklərindən qoruyur. Yəni bu unikal əl işi insanların gündəlik həyatında öz yerini qoruyub”.
Şəfiqə Şəfa, Tural Xəlil, Bizim.Media