Alen Simonyan "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində beşinci dəyirmi masa müzakirəsinin iştirakçıları ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində beşinci dəyirmi masanın iştirakçıları ilə görüşüb.

Bu barədə "Sülh körpüsü" təşəbbüsünün mətbuat üçün açıqlamasında bildirilib.

"Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar ünvanlamaq imkanı əldə ediblər. Daha sonra fikir və mülahizələr ətrafında müzakirələr aparılıb" - deyə bildirilib.