Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb - VİDEO

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistandan olan nümayəndələrlə görüş keçirib.

Bu barədə Ermənistan mətbuatında məlumat yer alıb.

Görüş zamanı iştirakçılar tərəfindən Təhlükəsizlik Şurası katibinə müxtəlif suallar verilib, həmçinin qarşılıqlı fikir və təklif mübadiləsi baş tutub.

Qeyd edək ki, hazırda Ermənistanda "Sülh körpüsü" platforması üzrə beşinci görüş davam edir. Tədbirə hər iki ölkənin vətəndaş cəmiyyətini təmsil edən 60 nümayəndə qatılıb.