İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək

Amerikalı milyarder İlon Mask ABŞ-də yaşayan bütün uşaqlara SpaceX şirkətinin səhmlərini hədiyyə etməyi planlaşdırır.

Mask bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Onun sözlərinə görə, ABŞ-dəki hər bir uşaq iki SpaceX səhmi əldə edəcək. Səhmlərdən biri şirkət, digəri isə şəxsən İlon Mask tərəfindən veriləcək.

Qeyd edək ki, oktyabrın 19-da Mask gələn il hər amerikalı uşağa bir şirkət səhmi hədiyyə etmək niyyətində olduğunu açıqlamışdı. Lakin həmin vaxt səhmlərin necə paylanacağı və kimlərin bu imkandan yararlana biləcəyi barədə ətraflı məlumat verməmişdi.

Qeyd edək ki, oktyabr ayında SpaceX-in üçüncü rüb üzrə gəlirinin illik müqayisədə 161 faiz artaraq 14,6 milyard dollara çatdığı bildirilmişdi.