Avropa Parlamenti Gürcüstan hakimiyyətindən Saakaşvilini təcili azad etməyi tələb etdi

“Görkəmli opera müğənnisi Paata Burçuladzenin, eləcə də mənim də daxil olduğum bütün digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edən yeni təcili qətnamə hazırladığına görə Avropa Parlamentinə təşəkkür edirəm”.

Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial mediada yazıb.

“Ümid edirəm, heç olmasa bu dəfə Avropa İttifaqı konkret sanksiyalarla bağlı müvafiq addımlar atacaq. Həmçinin ümid edirəm, İvanişvilinin rejimini olduğu kimi - “diktatura” adlandırmağa başlayacaqsınız”, - sabiq dövlət başçısı qeyd edib.