Rusiya və Ukrayna xüsusi xidmət orqanları əsir mübadiləsi üçün siyahılar üzərində işləyirlər

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsmisi bu işin tezliklə başa çata biləcəyini də söyləyib.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların yekununda Moskva və Kiyev genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlib.