Rus ordusunun general-polkovniki həbs edildi

Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, həbs qərarı noyabrın 25-də Moskva hərbi məhkəməsi tərəfindən qəbul edilib.

Generalın nədə ittiham edildiyi açıqlanmayıb.

Qeyd edək ki, Yuri Qrexov 2021-ci ildən bu vəzifədədir.