Rusiyada general-polkovnik həbs olundu

Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) baş komandanının silahlanma üzrə müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Rusiya mətbuatına istinadən, bu barədə Moskvanın 235-ci qarnizon hərbi məhkəməsi qərar çıxarıb.

İttihamın konkret nədən ibarət olduğu hələlik məlum deyil. Generalın həbs edilməsi ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi irəli sürüb.