Yaponiyanın “Suzuki” şirkəti qlobal bazar üçün hazırladığı ilk kompakt elektrik avtomobili olan yeni “Ignis” modelini təqdim edib.
Bu barədə şirkətin rəsmi saytında məlumat yayımlanıb.
Yeni model əsasən şəhər şəraitində gündəlik istifadə üçün nəzərdə tutulub. Avtomobilin hazırlanması zamanı sürücülərin benzin mühərrikli nəqliyyat vasitələrindən elektrik avtomobillərinə daha rahat keçidi nəzərə alınıb.
Avtomobil xüsusi elektrik platforması üzərində qurulub. Onun minimal dönmə radiusu 4,5 metr təşkil edir. Bu göstərici dar küçələrdə və dayanacaqlarda manevr etməyi asanlaşdırır.
Yeni modelin Avropa və digər bazarlarda satışına 2027-ci ilin yayından başlanılması planlaşdırılır.