Gürcüstan və Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır və mühüm funksiya yerinə yetirir.
Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Birinci kanalın “Günün mövzusu” proqramına müsahibəsində deyib.
O bildirib ki, Orta Dəhlizin əsas iştirakçıları olan Gürcüstanla Azərbaycan arasında müntəzəm diaoloqun aparılması və mövqelərin razılaşdırılması vacibdir.
“Gürcüstan-Azərbaycan münasibətlərində bu gün mövcud potensial Orta Dəhlizin inkişafı üçün perspektivlər yaradır”, - deyə Boçorişvili qeyd edib.