Misirdə güclü partlayış: Xeyli sayda ölən var

Misirdə yanacaq tankerinin partlaması nəticəsində 20-dən çox insan həlak olub. Bu barədə "Egyptian Gazette" qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.Qəzada 21 nəfər ölüb, 15 nəfər yaralanıb. Neft məhsulları və qaz balonları daşıyan yük maşını yoldan çıxaraq beton maneəyə çırpılıb və aşıb.Qəzadan sonra böyük yanğın baş verib. Faciə Giza qubernatorluğunun Əl-Varaq rayonundakı 10 nömrəli tunelin üstündəki dairəvi yolda baş verib.Səhiyyə Nazirliyi xilasetmə və tibbi əməliyyatlara 39 təcili yardım maşınının cəlb olunduğunu və yaralıların xəstəxanalara aparıldığını bildirib.Səhiyyə naziri Xalid Əbdül Qaffar ərazidəki xəstəxanalara hazırlıq vəziyyətini artırmağı əmr edib və nazirliyin vəziyyəti yaxından izlədiyini və zərərçəkənlərə tibbi yardım göstərmək üçün səlahiyyətlilərlə əlaqələndirildiyini bildirib.Jalə