Avropalı jurnalistlər Bakıya axışır!

Flikin dünənki mətbuat konfransında inanılmaz qələbəlik var idi. İş ondadı ki, dünyanın ən müxtəlif ölkələrindən Bakıya yüzlərlə jurnalist və bloger gəlib.

“Sabah”ın yaydığı rəsmi məlumata görə, 74 ölkədən olan şəxslər bugünkü oyuna bilet alıb. Bu, Azərbaycan futbolu üçün xüsusi əhəmiyyət daşıyan qarşılaşmaya dünyanın marağının göstəricisidi. Təbii ki, ortada “Barselona” amili də var.

Bəs “Sabah” – “Barselona” matçını işıqlandırmaq üçün neçə ölkədən jurnalist akkreditasiyadan keçib?

“Football-plus.az” bununla bağlı “Sabah”ın mətbuat katibi Elnur Həmidova müraciət edib. Klub rəsmisinin bizə verdiyi məlumata görə 9 ölkədən - Qazaxıstan, Türkiyə, Rusiya, İspaniya, İtaliya, İsrail, Polşa və Özbəkistandan olan media nümayəndələri qeydiyyatdan keçib. Amma bizə göndərilən təsdiq mesajının altında da bu mesajın yönəldildiyi şəxslərin siyahısı diqqətimizdən yayınmayıb. Bu siyahıda ukraynalı, britaniyalı, bolqarıstanlı həmkarlarımız da yer alıb.