Lukaşenko:

“Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Rusiya ilə müharibəyə görə hazırkı dövlət başçısı Volodimir Zelenskidən daha çox məsuliyyət daşıyır”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.

“Əslində, Poroşenko bu məsələdə Zelenskidən daha çox günahkardır. Zelenski bütün bunları hazır vəziyyətdə miras aldı. Poroşenko isə Minskdə əldə edilmiş razılaşmaları yerinə yetirmədi. Rusiyanı aldatmağa qərar verdilər, üstəlik, bizi də bu işə qatdılar”, - Lukaşenko qeyd edib.