Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam “Sabah” futbol klubuna azarkeşlik edəcəyini bildirib.
Bunu Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu axşam Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının V turu çərçivəsində “Sabah”ın “Barselona” ilə oyununu izləyəcək.
“Mən Ceyhun Bayramovla birlikdə “Sabah”a azarkeşlik edəcəyəm”, - deyə nazir qeyd edib.