Hacıqabulda qətl - Kürəkən saxlanıldı

Hacıqabul rayonunda kişi öldürülüb. Şəhər sakini Davud Abbasov bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə mərhumun kürəkəni Asim İmanov şübhəli bilinir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.İmanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.