“Bu gün studiyalarda peşəkar insanlar işləyir, kimi istəyirsən müğənni edir. 30 manata “Allah xeyir versin”, olursan müğənni”.
Bunu müğənni Əbdül Xalid “Sevilən səhər” verilişində deyib.
Sənətçi restoran sahibləri ilə bağlı tənqidi fikirlər səsləndirib:
“Bu gün studiyalarda peşəkar insanlar işləyir, kimi istəyirsən müğənni edir. 30 manata “Allah xeyir versin”, olursan müğənni. Bu gün şou-biznesdə, səhnələrdə restoran müdirlərində problem çoxdur. Baxır ki, tutalım, Əbdül Xalid 10 manata gəlir. Baxır ki, digərləri, elələri 2 manata gəlir. O da Əbdül Xalidin mahnılarını oxuyur. Onun üçün fərqi yoxdur, əsas odur ki, Röya xanımın, Aygün xanımın mahnılarını oxuyur. Deyir, camaat buna da oynayır da. Elə 2 manatı verim oxusun, neynirəm baha pul verib kimisə çağırım. Amma həqiqətən restoran sahibi zövqlü olanda, öz məkanına dəyər verəndə deyir, elələri mənim səhnəmə çıxa bilməz. Qoy üç nəfər olsun, peşəkar müğənnilər oxusun”.