La Liqada yeni rekorda imza atdı

Artıq Dieqo Simeone İspaniya La Liqasının vahid rekordçusu sayılır.

“Atletiko”nun baş məşqçisi bu liqada qələbə sayına görə yeni rekorda imza atıb. Argentinalı mütəxəssis buna ölkə çempionatının 13-cü turunda “Xetafe” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra nail olub.

Madrid klubunun rəsmi saytının məlumatına görə, bu, Simeonenin La Liqadakı 567-ci sınağında baş məşqçi kimi 345-ci qələbəsi olub. O, bununla da Luis Araqonesin rekordunu yeniləyib. Araqones 756 matçda 344 qələbə qazanıb. Simeonenin komandası La Liqada 123 dəfə heç-heçə edib və 99 dəfə məğlub olub.

Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran 56 yaşlı mütəxəssis İspaniyada yalnız bu komandaya rəhbərlik edib.