Qax rayonunun bəzi kəndlərində qazın verilişində fasilə yaranacaq.
Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 25.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Qax rayonunun Tasmalı, Zəyəm, Qarabaldır, Şotavar, Qorağan, Almalı, Dəymədağlı, Cəlayer, Qıpçaq, Qaysarlı, Qaratala, Uzuntala və Kötüklü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə olacaq.