Pezeşkian Xameneinin məzarı başında ağlayıb - VİDEO

İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin hücumu nəticəsində öldürülən sabiq Ali Rəhbər Əli Xameneinin məzarını ziyarət edib.

Mərasim zamanı Pezeşkian göz yaşlarını saxlaya bilməyib.

Mediada yayılan görüntülərdə onun başını Xameneinin məzar daşına söykədiyi əks olunub.

Kadrlarda İran prezidentinin məzarın önündə kövrəldiyi və emosional anlar yaşadığı görünür.