Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisidir

Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub.

Rayonun İsmayılbəyli kəndində quyuya düşən 1961-ci il təvəllüdü Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsində iştirak edib.

O, Ağdərənin Umudlu kəndindən idi.

Xatırladaq ki, hadisə mərhumun həyətində baş verib.

Faktla bağlı araşdırma aparılır.