Lənkəranın 7 kəndində işıq olmayacaq

Lənkəranda yeddi kənddə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Lənkəran rayonunun yeddi kəndində aparılacaq təmir işləri ilə əlaqədar 6 500 abonentin elektrik enerjisi ilə təchizatında müvəqqəti fasilə yaranacaq.

Iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.

Bu səbəbdən Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. (Oxu.az)