Julien Labruyere: "Son 5 ildə SWIFT müştərilərini hədəf alan insident olmayıb"

Son beş ildə SWIFT infrastrukturunu və ya müştərilərini hədəf alan demək olar ki, heç bir insident olmayıb.

Bunu SWIFT-in Təhlükəsizlik Proqramları Əməliyyatlarının Rəhbəri Julien Labruyere Bakıda keçirilən X Beynəlxalq Bank Forumu çərçivəsində panel müzakirələrdə bildirib.

"Biz bu il yeni nəzarət tədbirlərini təşviq etməyə qərar verdik. Bilirik ki, son iki, üç ildə müştərilərimiz olduqca çox dəyişiklik və əhatə dairəsi baxımından olduqca çox yeniləmə ilə üzləşiblər. Buna görə də ideya ondan ibarət idi ki, stabilləşmə ilinə daxil olaq və müştərilərimizin nəzarət tədbirlərinə tam uyğunluğunu təmin edək", - o qeyd edib.