Son dəqiqə: Aktrisa Dəniz Çakır da saxlanıldı

Türkiyəli aktrisa Dəniz Çakır narkotik və fahişəliklə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

İstanbul Prokurorluğunun göstərişi ilə həyata keçirilən əməliyyat fahişəlik, narkotik vasitələrin alveri, qadağan olunmuş maddələrin əldə edilməsi, istifadəsi və saxlanılması ilə bağlı şübhələri əhatə edir.

Ümumilikdə 35 şübhəli barəsində saxlanılma qərarı verilib. KİV-in məlumatına görə, onlardan 20-si artıq saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar arasında müğənni Özcan Dəniz, aktrisalar Burcu Özberk, aktyor Murat Ceylan, rejissor Cem Karcı və tədbir təşkilatçısı Erdal Bozkuş da var.