Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Heyvandarlıq və quşçuluq müəssisələrinin binaları və yerləşgələri. Layihələndirmə normaları"nı təsdiq edib.
Bununla bağlı Komitənin sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, bu normalar heyvan və quşların saxlanılması üçün yeni tikilən və yenidən qurulan heyvandarlıq və quşçuluq müəssisələrinin bina və tikililərinin layihələndirməsinə şamil edilir.
Qərarın icrasına nəzarət Komitənin sədr müavini Dövlətxan Dövlətxanova həvalə edilib.
Bununla da, SSRİ Dövlət Tikinti Komitəsinin 18 iyun 1984-cü il tarixli qərarı ilə təsdiq edilmiş СНиП 2.10.03-84 "Животноводческие, птицеводческие и звероводческие здания и помещения" normativ sənədinin ölkədə hüquqi qüvvəsi dayandırılıb.