2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 3 Azərbaycan vətəndaşı Türkiyədə təhsil almaq hüququ qazanıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proqram Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.
Yekun seçim nəticələrinə əsasən, təqaüd proqramına qəbul olunan şəxslər Ankara və Sakarya universitetlərində beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura səviyyəsində təhsil alacaqlar.