Ermənistanın Baş Qərargah rəisi yüksəkliklərdə yerləşən hərbi mövqelərə baş çəkib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Edvard Asryan yüksəkliklərdə yerləşən hərbi mövqelərə baş çəkib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Baş Qərargah rəisi hərbi qulluqçularla söhbət edərək, xidmətin təşkili prosesini izləyib.

Edvard Asryan həmçinin Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində olub. Səfər çərçivəsində bölmə rəhbərlərinə bir sıra tapşırıqlar verilib.