Tərtərdə quyudan 65 yaşlı kişinin meyiti çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərtər rayonunun İsmayılbəyli kəndində 1 nəfərin quyuya düşməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Keçirilən tədbirlər nəticəsində dərinliyi təqribən 17 metr olan su quyusundan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.