Özcan Deniz və Deniz Çakır saxlanıldı

Türkiyəli müğənni və aktyor Özcan Deniz, eləcə də aktrisa Deniz Çakır İstanbulda saxlanılıb.

Anadolu Agentliyinə istinadən, əməliyyat İstanbul Baş Prokurorluğunun narkotik vasitələrlə bağlı cinayətlər və fahişəlik üzrə apardığı istintaq çərçivəsində keçirilib. Barələrində saxlanılma qərarı verilən 35 şübhəlidən 23-ü saxlanılıb.

Prokurorluğun məlumatına görə, istintaq davam edir.