ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının yanvaradək əldə oluna biləcəyi barədə açıqlamasına ironik reaksiya verib.
Jurnalistlər Zelenskinin açıqlamasını xatırladanda Tramp gülərək “Bunu kim deyib? O, məndən nə istəyir?” – deyə soruşub.
Tramp daha sonra müharibə barədə “Bu, bizə aid deyil”, – deyib.
Zelenski daha əvvəl bildirmişdi ki, danışıqlarda iştirak edən ABŞ nümayəndələri Ukrayna ilə Rusiya arasında yanvaradək sülh razılaşması əldə etməyə çalışırlar.