Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39% artaraq 96,13 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 94,81 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
***
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 1,37% azalaraq 1 barelə görə 90,15 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin yanvar ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,58% azalaraq 80,75 ABŞ dollarına bərabər olub.