Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub.
Oxu.az-a istinadla, rayonun İsmayılbəyli kəndində quyuya düşən 1961-ci il təvəllüdü Məhəmməd Nağıyev Birinci Qarabağ müharibəsində iştirak edib.
O, Ağdərənin Umudlu kəndindən idi.
Xatırladaq ki, mərhum evinin həyətində olan su quyusuna düşərək vəfat edib.