Azay Quliyev Vyanaya səfər edəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev noyabrın 26-da Avstriya Respublikasının Vyana şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Səfər çərçivəsində deputat ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin “ATƏT-in iqtisadi və ətraf mühit ölçüsünün təsiri – nəticələr və əldə edilmiş təcrübələr” mövzusunda keçiriləcək iclasında iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı çıxış edəcək.

Səfər noyabrın 28-də başa çatacaq.