"Interium" təmir prosesində şəffaflıq və müştəri rahatlığını ön planda tutur

Memarlıq, dizayn, tikinti və təmir şirkəti olan "Interium" müştərilərinə təmir işlərinin gedişini şəxsi kabinet vasitəsilə izləmək imkanı yaradır, eyni zamanda təmir xidmətindən yararlananlara interyer dizayn layihəsini 50 % endirimlə təklif edir.

"Interium" MMC şirkəti təmir xidmətindən yararlanan müştərilərinə iş prosesini istənilən vaxt və istənilən yerdən izləmək imkanı təqdim edir. Şirkətin tətbiq etdiyi şəxsi kabinet sistemi vasitəsilə müştərilər təmir işlərinin gedişatına nəzarət edə, görülən işlər barədə məlumat əldə edə və məkanda quraşdırılmış kameraların canlı görüntüsünü izləyə bilirlər.

Məkanda hər yeni iş mərhələsinə başlanıldıqda müştəriyə bildiriş göndərilir. Bildirişdə təqdim olunan keçid vasitəsilə şəxsi kabinetə daxil olmaq və kameraların canlı görüntüsünü izləmək mümkündür. Bu yanaşma təmir prosesində şəffaflığı təmin etməklə yanaşı, müştərinin layihə üzərində daim məlumatlı olmasına şərait yaradır.

"Interium"da iş prosesi ödənişsiz ölçü və ilkin konsultasiya ilə başlayır. Bu mərhələdə müştərinin məkanla bağlı istəkləri, ehtiyacları və gözləntiləri layihəni hazırlayan komanda ilə müzakirə olunur.

Şirkətin iş modelinin əsas xüsusiyyətlərindən biri layihələndirmə və icra proseslərinin eyni komanda tərəfindən həyata keçirilməsidir. Beləliklə, müştərinin ilkin istəkləri layihənin hazırlanmasından təmirin tamamlanmasına qədər bütün mərhələlərdə nəzərə alınır.

"Interium" təmir xidmətini şirkətə həvalə edən hər bir müştəriyə əlavə üstünlük təqdim edir. Belə ki, təmir sifarişi verən müştərilər interyer dizayn layihəsindən 50 % endirimlə yararlana bilirlər.

Bu təklif müştərilərə həm məkanın dizaynını, həm də təmir və icra işlərini vahid yanaşma ilə planlaşdırmaq imkanı yaradır.

Qeyd edək ki, "Interium" yaşayış və kommersiya məkanları üçün kompleks xidmətlər təqdim edir. Şirkətin fəaliyyət istiqamətlərinə memarlıq, layihələndirmə, interyer və eksteryer dizaynı, təmir-tikinti işləri, eləcə də fərdi mebel istehsalı daxildir.

Bu xidmətlərin vahid komanda çərçivəsində təqdim edilməsi layihənin bütün mərhələlərinin əlaqəli və sistemli şəkildə idarə olunmasına imkan verir.