Qubada “BMW” beton divara çırpılıb tikə-tikə oldu

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə noyabrın 24-də saat 22:50-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və avtomobil yol kənarındakı beton divara çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.