Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi həlak olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, helikopter havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Hazırda qəzanın başvermə səbəbi barədə araşdırma aparılır. Həlak olan hərbçilərin şəxsiyyəti dəqiqləşdirilir.
*** 21:57
Türkiyənin Eskişehir vilayətində Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, AS-532 tipli helikopter təlim məqsədilə havaya qalxarkən qəzaya uğrayıb.
Hazırda qəza yerində axtarış-xilasetmə işləri aparılır.