Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhəmməd Nağıyev yaşadığı evin həyətindəki 30 metr dərinliyi olan su quyusuna düşərək boğulub.

Meyitin quyudan çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır./Oxu/