DSX-nin əsgəri xəstəlikdən vəfat etdi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib.

Bu barədə Xidmətin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, əsgər Kərimov Rəhman Rauf oğlu uzunsürən ağır xəstəlikdən müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq, vəfat edib.

DSX rəhbərliyi hərbi qulluqçunun vəfatı ilə əlaqədar ailəsinə və yaxınlarına başsağlığı verib.