Mafiya başçısını öldürüb 20 il gizlənmişdi, tutuldu

Qazaxıstanda 20 il əvvəl kriminal qruplaşma lideri Saqit Şakputovu öldürməkdə şübhəli bilinən Vitta M. Türkiyədə saxlanılıb.

Türkiyə mediasına istinadən, Saqit Şakputov 2006-cı il noyabrın 28-də Qazaxıstanın Jezkazqan şəhərində avtomobilində silahlı hücuma məruz qalaraq öldürülüb.

Qətldə şübhəli bilinən və barəsində axtarış qərarları olan Vitta M.-nin İstanbula gəldiyi müəyyən edilib.

Polis əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində onun Bakırköy rayonunda yerləşən evlərdən birində gizləndiyi aşkarlanıb.

Həmin ünvanda keçirilən əməliyyat zamanı Vitta M. saxlanılaraq polis bölməsinə aparılıb.