İlin ilk Super Ayı görünəcək

Noyabrın 24-ü saat 18:54-də Ay Yerə ən yaxın mövqedə olacaq.

Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, bu gün ilin ilk Super Ayı görünəcək.

Bu gün Ay saat 16:44-də şimal-şərqdən doğacaq. Hava şəraiti uyğun olarsa, Super Ayı bütün gecə boyunca izləmək mümkün olacaq.

Qeyd edək ki, ilin ikinci və sonuncu Super Ayı isə 24 dekabr saat 05:28-də olacaq.