Sabah bəzi ərazilərdə QAZ olmayacaq

Noyabrın 25-də Cəlilabad və Biləsuvar rayonlarının bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Biləsuvar rayonunun Nəsimi və Nərimankənd kəndlərinin, Cəlilabad şəhərinin bir sıra küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.