Şəkərli diabet xəstələrinin dərman təminatı genişləndirilir - Video

Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin dərman preparatları ilə təminatının yaxşılaşdırılması istiqamətində yeni dəyişikliklər edilib.

Dəyişikliklər və yeniliklər barədə Azərbaycan Respublikası səhiyyə nazirinin müşaviri Töhfə Cəmilova məlumat verib.

Qəbul olunan qərara əsasən, pasiyentlərin müalicəsində istifadə olunan insulin və digər şəkərsalıcı dərman preparatlarının təminatı ilə bağlı müvafiq yeniliklər nəzərdə tutulur.

Məqsəd şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin zəruri dərman vasitələrinə əlçatanlığını artırmaq və tibbi təminatın davamlılığını gücləndirməkdir.