Türkiyə və Azərbaycanın xarici işlər nazirlərini qarşılayacağıma görə xoşbəxtəm - Botçorişvili

Gələn il Türkiyə və Azərbaycanın xarici işlər nazirlərini Gürcüstanda qarşılayacağıma görə xoşbəxtəm.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“10 ildir ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasında strateji əlaqələr mövcuddur. Bu, çox vacibdir. İstanbulda görüşümüz oldu. Mən gələn ilin başlanğıcında sizi və Türkiyənin xarici işlər nazirini Tbilisi də qarşılayacağama görə, məmnunam ”.