Merts: “NATO Baltik dənizində gərginliyin artmasında maraqlı deyil”

Almaniya kansleri Fridrix Merts NATO ölkələrinin Baltik dənizi regionunda vəziyyətin gərginləşməsində maraqlı olmadığını bildirib.

Merts bununla yanaşı, NATO-nun şərq cinahının müdafiə qabiliyyətinin qorunmasının vacibliyini vurğulayıb.

Kanslerin sözlərinə görə, bu məsələ bu həftə Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) sammitində müzakirə olunacaq.

Məlumata görə, müzakirələr zamanı təkcə Polşa və Avropanın cənub cinahında yerləşən ölkələrin deyil, Finlandiyanın da təhlükəsizliyinin gücləndirilməsi məsələsinə baxılacaq.