Azərbaycan COP31-in təşkilinə görə Türkiyəni təbrik edib.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
“COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk”, – Y. Rəfiyev qeyd edib.
COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.
“Növbəti COP32 Sədrliyi qismində Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – nazir müavini bildirib.