İranla müharibə davam edərsə, Körfəz Əməkdaşlıq Şurasının 6 ölkəsi 2026-cı ildən 2030-cu ilin dekabr ayına qədər təxminən 790 milyard dollar iqtisadi itkiyə məruz qala bilər.
Bu barədə "Allianz Research" beynəlxalq təşkilatının proqnozunda bildirilib.
Qeyd edilib ki, bu, regionun ümumi daxili məhsulunun 5,9%-ni təşkil edir.
Xatırladaq ki, Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman və Bəhreyn daxildir.