Şəmkirdə itlərin parçaladığı kişi meyiti tapıldı

Şəmkir rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb.

APA-ya istinadən, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, meyitin itlər tərəfindən parçalandığı bildirilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.